Xəbər axtarın

Son axtarış nəticələri:

Putin Sergey İvanovu Rusiya Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb

16.02.2026 18:50

Rusiya prezidenti Vladimir Putin Sergey İvanovu Rusiya Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb.

Primeinfo.az xəbər verir ki, İvanovun Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması barədə prezident fərmanı bu gün imzalanıb.

Qeyd edib edək ki, fevralın 4-də Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad etmişdi. Kreml İvanovun öz xahişi ilə vəzifəsindən getdiyini açıqlamışdı.

Xatırladaq ki, İvanov Putinlə birlikdə KQB-də, xarici kəşfiyyatda çalışıb. İvanov Rusiya Federasiyasında isə Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.

Paylaş: