Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.
Primeinfo.az-ın Akordaya istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd edilib ki, Tokayev oktyabrın 6-7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşündə iştirak edəcək.