Xəbər axtarın

Son axtarış nəticələri:

Qırğızıstanda ölüm hökmü bərpa oluna bilər

01.10.2025 12:45


Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasını tapşırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat katibi Asqat Alagözov bildirib.

O, yetkinlik yaşına çatmayan Aysuluu adlı qızın xüsusi amansızlıqla öldürülməsi ilə bağlı işin Prezident Sadır Japarovun şəxsi nəzarəti altında olduğunu qeyd edib.

Onun sözlərinə görə, dövlət başçısı bu cinayət barədə ictimaiyyəti şoka salan mesajı dərin təəssüf hissi ilə qəbul edib.

Paylaş: