
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric ediləcək.
Primeinfo.az xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Fəxri xiyabanda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib, AMEA-nın bu məsələdə konkret mövqeyi var. Bununla bağlı məsələyə baxılacaq və yekun qərar veriləcək:
“Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətinə qarşı etdiyi hərəkətlər və barəsindəki iddialar onun AMEA-nın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə baxılacaq və lazım gəldiyi təqdirdə müvafiq qərar qəbul ediləcək”.