
“Qara dəniz rəqabətində Rusiya uduzub. Rusiyanın hərbi gəmiləri siçan kimi gizlənib. Şimali Qara dəniz üzərində hökmranlıq Ukrayna vasitəsilə Londonun, Cənub tərəfdə isə Türkiyənin əlindədir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” verilişində siyasi şərhçi Rizvan Hüseynov bildirib.
O hesab edir, bu məsələ Türkiyə-Rusiya münasibətlərində prinsipial məsələdir:
“Türkiyənin icazəsi olmasa, rus hərbi donanması hərəkət edə bilməz. Çünki dənizdə bütün gediş-gəliş – Bosfor, Mərmərə Türkiyənin əlindədir. Ona görə də Rusiya məcburdur Türkiyənin nazı ilə oynamağa.
Faktiki olaraq, geosiyasi oyunda Qara dənizdə Rusiya uduzdu. Bütün üstünlüyü əldən verdi. Bu səbəbdən də Ukrayna ilə savaşı qazanmaq Rusiya üçün çox vacibdir. Rusiya istəyir ki, Ukraynanı Qara dənizdən ayıraraq, Odessaya kimi öz nəzarətinə keçirsin. Yeni formalaşan dünya düzənində söz sahibi olsun”, – deyə, Rizvan Hüseynov bildirib.
Daha ətraflı “Qırmızı masa”da: