Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya səfiri Almaniya XİN-ə çağrılıb

12.12.2025 16:52

Almaniya Xarici İşlər Nazirliyi kiberhücum və dezinformasiya kampaniyaları ilə əlaqədar Rusiya səfiri Sergey Neçayevin XİN-ə çağırıldığını bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə TASS Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Bu gün səhər Rusiya səfirini Almaniya Xarici İşlər Nazirliyinə çağırdıq və Rusiyanın fəaliyyətini çox diqqətlə izlədiyimizi, buna qarşı tədbirlər gördüyümüzü açıq şəkildə bildirdik. Rusiyanın qəbuledilməz addımları nəticəsiz qalmayacaq”, — Almaniya XİN nümayəndəsi bildirib.

Paylaş: