
ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Cədvələ görə danışıqlar iki gün davam edəcək.
Bu, müharibə başlayandan bəri Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.