Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyada güclü zəlzələ baş verib

16.12.2025 15:23

Rusiyanın Kamçatka diyarında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.

Primeinfo.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının teleqram kanalında bildirilib.

Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatskidən 218 km məsafədə baş verib.

Zəlzələnin episentrinin dərinliyi 58,3 km olub.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Paylaş: