Xəbər axtarın

Son axtarış nəticələri:

Şəkidə faciə : 50 yaşlı kişi qətlə yetirilib

15.11.2025 22:33

Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib.

Primeinfo.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Turan qəsəbəsində baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.

Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sədi Heydərov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: