
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Primeinfo.az-ın məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 1956-cı il təvəllüdlü H. Məmmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.