Xəbər axtarın

Son axtarış nəticələri:

Sərnişinlərin 60% bölgələrə səfərini onlayn bilet əldə edərək reallaşdırıb

21.03.2026 23:15


Martın 20-də paytaxtdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb.

Primeinfo.az xəbər verir ki, sərnişindaşımada fasiləsizliyi təmin etmək və sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.

Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Paylaş: