Xəbər axtarın

Son axtarış nəticələri:

Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb

05.03.2026 14:51

Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasının hədəfə almaq cəhdini ən şiddətli şəkildə qınayır”, – bəyanatda qeyd olunub.

XİN vurğulayıb ki, iki ölkəyə qarşı bu hərəkətlərə heç bir halda bəraət qazandırıla bilməz: “Bu, beynəlxalq qanun və normalara, eləcə də mehriban qonşuluq prinsiplərinə açıq şəkildə zidd olan düşmən yanaşmaya dəlalət edir və regionda vəziyyəti daha da gərginləşdirir.

Krallıq Türkiyə və Azərbaycan hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Paylaş: