Xəbər axtarın

Son axtarış nəticələri:

Süni intellekt tətbiqi prezidentlərə belə məlumat verdi - VİDEO

21.10.2025 19:52


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.

Primeinfo xəbər verir ki, həmin mərkəzdə süni intellekt tətbiqi Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi haqqında prezidentlərə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsinin əhəmiyyətli infrastruktur layihələrindən biri olduğunu bildirib .

Dövlət başçısının sözlərinə görə, tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb. İşlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.

Paylaş: