Xəbər axtarın

Son axtarış nəticələri:

Suriyada silah anbarında baş verən  partlayışda 5 nəfər öldü - YENİLƏNİB

26.11.2025 17:26

Suriyanın şimal-qərbindəki İdlib əyalətində silah-sursat anbarında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Syria TV” kanalı əyalətin daxili təhlükəsizlik qüvvələri komandanlığının məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğul olan müvafiq qurumların əməkdaşları hadisə yerində işləyirlər.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib.

15:47
Suriyanın şimal-qərbində partlayış hadisəsi baş verib. 

Bu barədə Primeinfo.az  “Sky News Arabiya”ya istinadən xəbər verir.

Məlumata görə, partlayış İdlib əyalətinin Kafr-Taxarim şəhərində baş verib.  Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Qeyd olunur ki, zərərçəkənlərin sayı hələ ki məlum deyil.

Məlumata görə, hadisənin səbəbləri araşdırılır.

Paylaş: