Xəbər axtarın

Son axtarış nəticələri:

Suriyada prezident seçkiləri keçiriləcək

06.12.2025 22:35


Suriyada yeni konstitusiyaya əsasən 4 ildən sonra prezident seçkiləri keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Doha Forumunda çıxışı zamanı bildirib.

“Biz əhatəli milli dialoq konfransı keçirdik, nəticədə aralıq konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə 5 il hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Bu müddət ərzində çoxlu qanunlar qəbul ediləcək və hökumət sistemi təməl prinsipi olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik”, – Şara əlavə edib.

Paylaş: