
“Ramiz Mehdiyev və onun dəstəsi Azərbaycanda onlarla, yüzlərlə qətl və ölüm hadisələrinin dolayısı ilə baiskarı sayıla bilər”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
O, Tərtər hadisələrini də bu siyahıya aid edir.
“Tərtər hadisələrinin təməlində də bu sovet psixologiyası dayanır. Orada baş verən kütləvi qanunsuzluqlar, insanlara işgəncə verilməsi, döyülməsi, onların zorla ifadə verməyə məcbur edilməsi – bütün bunlar həmin düşüncə tərzindən irəli gələn məsələlərdir” – deyə, o vurğulayıb.
Siyasi şərhçi bildirib ki, müasir hüquqdan xəbəri olan hüquqşünaslar, müstəntiqlər və hüquq-mühafizə orqanlarının əməkdaşları yaxşı bilirlər ki, bir şəxsin ibtidai istintaq vaxtı verdiyi ifadə, qol çəksə belə, məhkəmədə təcrübəli vəkil və hakim tərəfindən darmadağın edilə bilər:
“Çünki həmin şəxs deyə bilər ki, mənə işgəncə verilərək qol çəkdiriblər. Ona görə də, Tərtər hadisələrinin izi birbaşa Ramiz Mehdiyev və onun ətrafındakı komandaya, onun təyin etdiyi adamlara gedir. Biz nə qədər bu adamlardan tez xilas olsaq, o qədər yaxşıdır”.