Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir. Primeinfo.az Report-a istinadən xəbər verir ki, soyuq hava şəraitinə baxmayaraq insanlar 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün xiyabana gəlməkdə davam edirlər. 11:02 Azərbaycan xalqı səhər saatlarından etibarən 20 Yanvar şəhidlərini ehtiramla yad etməyə davam edir.
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, səfirliyin “X” hesabındakı paylaşımda deyilir: “Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk”.
Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə dövlət və hökumət rəsmiləri, deputatlar Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkə hesablarında video paylaşıb.
Prezident İlham Əliyev 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat verib.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Primeinfo.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Qeyd edilib ki, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq.
Diplomatik korpusun Azərbaycanda akkreditə olunmuş nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.
“20 Yanvar — millətin vicdanına çevrilən tarix, xalqın sınmayan iradəsinin parlaq nümayişidir”. Primeinfo.az xəbər verir ki, bu fikirlər Vəhdət Partiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə keçirilən görüşdə səsləndirilib. Faciənin 36-cı ildönümünə həsr olunan tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi naminə canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.