Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə böyük bir hüzn günü deyil, həm də milli qəhrəmanlığın və sarsılmaz iradənin simvolu kimi əbədi yer alıb. Primeinfo.az xəbər verir ki, məhz bu tarix münasibətilə Vəhdət Partiyası ənənəvi tədbirlərdən fərqli, cəmiyyətin diqqətini cəlb edən qeyri-adi, dərin rəmzi məna daşıyan bir yürüş təşkil edib. Vəhdət Partiyasının rəhbər şəxsləri və üzvləri Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru yürüş edərək 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.
“Mənim üçün çox ağır bir gündür. Uşaq vaxtı həmin hadisələrin şahidi olmuşam. O vaxtlar Füzuli meydanında yaşayırdıq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəhbərliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Primeinfo.az bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qardaş Azərbaycanda yaşanan və tarixə Qara Yanvar kimi düşən hadisələrdə həyatını itirən şəhidlərimizi rəhmət və sayğı ilə anırıq. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşımında bildirilir: “Azərbaycan Türkü qardaşlarımızın yaşadığı acını ürəyimizdə hiss edir, tarix boyunca olduğu kimi, bu gün də – yaxşı gündə və çətin zamanda, “Tək millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə durmağa davam edəcəyimizi bir daha daha vurğulayırıq. Unutmadıq, unutdurmayacağıq”.
“Sovet İttifaqının qanlı müdaxiləsi Azərbaycanın istiqlal yürüşünü əngəlləyə bilmədi”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının qrup iclasında səsləndirib. Dövlət Baxçalı bildirib ki, 20 Yanvar Türk millətinin zəngin yaddaşında dərin ağrı və iztirabın ortaq əks-sədası kimi yaşayır.
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.
“Azərbaycan tarixinin Qanlı Yanvar faciəsinin 36-cı ildönümüdür. Sovet tankları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda öz azadlığını, müstəqilliyini tələb edən vətəndaşlarımızın üzərinə yürüdü. Bu gün əslində, İranda baş verən etirazları biz millət olaraq 1990-cı ildə yaşadıq”.
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib. Primeinfo.az-ın xəbərinə görə, bu barədə nazirlik öz “X” hesabında paylaşım edib. Həmin paylaşımı təqdim edirik: 20 Ocak 1990’da Can #Azerbaycan’ın istiklali uğrunda şehit düşen Azerbaycanlı kardeşlerimizi saygı ve rahmetle anıyoruz.#TekMilletİkiDevlet pic.twitter.com/4wD8ogJaW0 — T.C.