“İndi artıq vəziyyət dəyişib və fürsət yaranıb. Hazırda İran öz hayındadır, bu gün Rusiya Ukrayna cəbhəsində bilmir ki, nə etsin. Bu fürsətdən istifadə edərək biz ölkənin içini təmizləməliyik”.
“Kreml Azərbaycana qarşı informasiya hücumuna başlayıb. Bizim hüquq-mühafizə orqanlarımız isə ancaq açıq mətbuatda yer alan “ittihamedici materiallar” dərc etməklə məşğuldurlar”.
“87 yaşı Ramiz Mehdiyev, 75 yaşlı qulağı eşitməyən Abbas Abbasov… Yəni, gerçəkdənmi Rusiya onları hakimiyyətə gətirmək istəyirdi?”
“Bu proses yavaş-yavaş dərinə gedəcək. Rusiyanın Azərbaycandakı bütün agent şəbəkəsi ifşa olunacaq, həbslər davam edəcək”.
“Polad Bülbüloğlu mədəniyyət naziri olduğu dönəmdə bütün mədəniyyətin ilkin hücrələrini məhv edib. İndi də oturub parlamentdə Rusiyanın əmrlərini yerinə yetirir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
“Rusiyanın Azərbaycandakı şəbəkəsinə qarşı mübarizə gücləndirilib. Ramiz Mehdiyev olayı da göstərdi ki, bu şəbəkəni boş buraxmaq olmaz. Onlar hətta qiyam, çevriliş də edə bilərlər”.