Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: abş

Barak Obama həbs oluna bilər

ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində qələbə qazanmaq üçün guya Rusiya ilə əməkdaşlıq etməsi barədə onun ünvanına irəli sürülmüş saxta ittihamlara görə, ABŞ-nin sabiq prezidenti Barak Obamanın həbsinə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə cümə günü “The American Conservative” jurnalı məlumat yayıb. Məlumata görə, Ağ Evin rəhbəri iddia edir ki, Obama 2016-cı il seçkilərinin gedişi ilə bağlı yalan kəşfiyyat məlumatlarının saxtalaşdırılması üçün Mərkəzi Kəşfiyyat İdarəsinə şəxsən göstəriş verib.

“İran hazırda ABŞ ilə danışıqlar aparır”

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqton üçün məqbul bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Amerika lideri bu barədə Floridaya gedərkən jurnalistlərə açıqlama verib. “Ümid edirəm ki, onlar məqbul bir şeylə bağlı razılığa gələ biləcəklər”, – o vurğulayıb.

Meksika Kubaya neft tədarükünü dayandırıb

ABŞ Prezidenti Donald Tramp Meksikanın Kuba Prezidenti Klaudiya Şeynbaumla söhbətindən sonra Kubaya neft tədarükünü dayandırdığını bildirib. Primeinfo.az xəbər verir ki, o, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib. “Meksika prezidenti Şeynbaum çox mehriban idi.

Putin xüsusi elçisini ABŞ-a göndərdi

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev prezident administrasiyasının üzvləri ilə görüşlər keçirmək üçün ABŞ-a gedəcək. Primeinfo.az xəbər verir ki, Reuters Agentliyin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün 31 yanvar şənbə günü Mayamidə olacaq. Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi ertəsi gün, 1 fevralda Əbu-Dabidə planlaşdırılır.

ABŞ İranın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın daxili işlər naziri İskəndər Momeni və ölkənin bir sıra digər məmurlarına qarşı yeni sanksiyaların tətbiq edildiyini bildirib. Primeinfo.az  “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiya siyahısına həmçinin iranlı investor Babək Zəncani də daxil edilib.

"İranın vurulması qaçılmazdır" - SON DƏQİQƏ - VİDEO

“İranın vurulması qaçılmazdır. Çünki bunu qaçılmaz edən birinci növbədə İranın elə özüdür. İran özünün ideyalarından, hərbi proqramlarından, eyni zamanda daxildəki repressiyalardan geri çəkilmir və geri çəkilməyəcək”.

Ərdoğan və Pezeşkian telefonla nə danışıblar?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və bölgədə artan hərbi gərginlik müzakirə edilib.