ABŞ-da kommersiya neft ehtiyatı bir həftə ərzində 5,2 milyon barel artıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Enerji Nazirliyi məlumat yayıb. 2025-ci il oktyabrın 31-nə olan məlumata görə neft ehtiyatı 421,2 milyon barel təşkil edib.Nazirliyin açıqlamasında qeyd olunur ki, hazırkı neft ehtiyatının həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 4% aşağıdır.
ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Ceyk Şerman məlumat yayıb. “ABŞ-ın 46-cı vitse-prezidenti Riçard Dik Çeyni 3 noyabr 2025-ci il tarixində vəfat etdi.
Tramp administrasiyası təşkilatda islahatların aparılmasını gözlədiyi üçün BMT-yə ödənişləri müvəqqəti dayandırıb.
ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası barədə göstərişindən sonra Vaşinqton ilk qitələrarası ballistik raket sınağınının həyata keçirilməsini planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə Newsweek nəşri məlumat yayıb. Məlumata görə, Minuteman III tipli nüvə başlığı daşıya bilən raket Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından buraxılacaq və Marşall adalarındakı Ronald Reyqan adına raketdən müdafiə poliqonuna çatmalıdır.
ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin külləri aşkar edilib. Primeinfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “The Sun” bildirir ki, kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb. Küllərin yanında heç bir nişanə və ya sənəd olmayıb.
“ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Moskva üçün milyardlarla dollar itkiyə səbəb olacaq”. Globalinfo.az xəbər verir ki, bunuUkrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Kiyev Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalarını yumşaltmayacağını gözləyir.
Pentaqon Ukraynaya uzaq mənzilli “Tomahawk” qanadlı raketlərinin tədarükünü təsdiqləyib. Primeinfo.az-ın məlumatına görə, bu barədə CNN vəziyyətlə tanış olan üç Amerika və Avropa rəsmisinə istinadən məlumat yayıb. Lakin medianın məlumatına görə, son qərarın qəbulu ABŞ Prezidenti Donald Trampa verilib.
Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-yə səfəri əsnasında ABŞ-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlaqədər ABŞ ilə Azərbaycan arasında anlaşma memorondumu imzalanıb. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Baku TV”yə müsahibəsində deyib. H.Hacıyev qeyd edib ki, bu anlaşma memorandumunun şərtlərindən biri iki ölkə arasında işçi qrupunun yaradılması və bu işçi qrupunun strateji tərəfdaşlıq gündəliyin ilə və strateji tərəfdaşlıq əlaqələrinin mahiyyəti üzrə təkliflər hazırlamasından ibarətdir: “ABŞ Dövlət Departamentinin verdiyi açıqlamanın mahiyyəti ondan ibarətdir ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə əlaqədər işçi qrupu yaradılıb.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, RF lazım gəldikdə nüvə sınaqları keçirməsi üçün poliqonları hazır vəziyyətdə saxlayır. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, o, bunu “Rusiya xalqları” ümumrusiya forumunda bəyan edib və bu açıqlaması ilə Trampın ABŞ-də nüvə sınaqlarının başlanması ilə bağlı bəyanatına cavab verib. “İlk növbədə bunu qeyd edək ki, sınaqlar heç bir ölkədə bir saat belə dayanmayıb, lakin onlar hesablama texnikasının tətbiqi baxımından keçirilirdi.
ABŞ Azərbaycandan Qəzzada “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib. Primeinfo.az xəbər verir ki, bu barədə “AnewZ” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Bakı bununla bağlı hələ son qərar verməyib.