Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: AMEA

Orfoepiya lüğəti il sonunadək hazırlanacaq

Azərbaycan dilinin orfoepiya lüğətinin 2026-cı ilin sonunadək hazırlanması planlaşdırılır. Primeinfo.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda deyib. Akademik Azərbaycan dilinin daxili imkanlar hesabına zənginləşdirilməsi istiqamətində addımların atılmasını vacib sayıb: “Daxili imkanlardan biri də söz yaradıcılığıdır.

AMEA Ramiz Mehdiyevi akademiyanın həqiqi üzvlüyündən xaric edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib. Bu barədə Primeinfo.az-a AMEA-dan məlumat verilib. “Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.

AMEA sosial mediada yayılan iddialara aydınlıq gətirdi

AMEA-nın 30 aprel – 2 may tarixlərində Qarabağ Universitetində “Azərbaycanda “Qarabağnamə” ənənəsi və Akademiyanın Qarabağnaməsi” mövzusunda keçirdiyi yubiley elmi konfransı zamanı və ümumiyyətlə heç vaxt bu ali təhsil ocağına sosial şəbəkələrdə yazıldığı kimi yüzə yaxın noutbuk yox, 1215 (min iki yüz on beş) adda kitab və bir ədəd rəsm əsəri hədiyyə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, hədiyyələrin içərisində bir ədəd də noutbuk olmayıb: “Çin Xalq Respublikasından AMEA-nın 80 illik yubileyi tədbirində tərəfdaşımız olan Hebey Sosial Elmlər Akademiyasından üç, Honkonq Kore Akademiyasından isə dörd nəfər iştirak edib.

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Primeinfo.az xəbər verir ki, AMEA-nın Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilir ki, həmin fəxri diplomlar bu ilin aprelində təqdim olunub: “Ölkəmizin media nümayəndələrinə fəxri diplomlar sosial şəbəkələrdə yazıldığı kimi heç də “bir müddət öncə” deyil, Milli Elmlər Akademiyasının “Elm günü” ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə keçirdiyi tədbirdə təqdim olunub. AMEA tərəfindən 2024-cü ildə və 2025-ci ilin “Elm günü” tədbirinin qeyd olunduğu vaxtadək ölkə mətbuatında və sosial şəbəkələrdə Akademiya Rəyasət Heyətinin və elmi-tədqiqat institutlarının fəaliyyətini, keçirdikləri tədbirləri işıqlandırmaqda fərqlənən mətbuat işçilərinə fəxri diplomların verilməsi nəzərdə tutulub”.