Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb.
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, tariflər mövzusu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşündə əsas müzakirə mövzusu olub.
22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq Azərbaycana səfər edəcək.
17–20 fevral tarixlərində UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təmsil olunub. Bu barədə Primeinfo.az-a Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
2025-ci ildə ölkə üzrə əhalinin sayı 37462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10262351 nəfərə çatmışdır.
Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub.
2025-ci ildə Azərbaycandan Suriya Ərəb Respublikasına 120.1 milyon ABŞ dolları dəyərində 350 milyon 899 min kubmetr (qaz halında) təbii qaz ixrac edilib. Bu barədə Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edək ki, 2025-ci ilin avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək.
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri münasibətilə paytaxt Belqradda hər iki ölkənin dövlət bayraqları instaliyasiya olunub.
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.