Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk

Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönü təbrik edib. Primeinfo.az xəbər verir ki,təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanır.

Azərbaycan və Dominikan arasında viza ləğv edilir

Azərbaycan və Dominikan arasında viza ləğv edilir

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri İto Bisono ilə görüşüb. Primeinfo.az xəbər verir ki, nazirlər münasibətlərin inkişaf perspektivlərini müzakirə edib və iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşmasının vacibliyini vurğulayıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi perspektivlərini qeyd ediblər.

Ceyhun Bayramov cibutili həmkarı ilə görüşüb - FOTO

Ceyhun Bayramov cibutili həmkarı ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulkader Hüseyn Ömərlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, yüksək səviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

İŞİD-də döyüşən azərbaycanlıya hökm oxundu

İŞİD-də döyüşən azərbaycanlıya hökm oxundu

Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub. Primeinfo.az xəbər verir ki, sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.

Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO

Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO

Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimdən paylaşım edib. “Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi!