Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik ünvanlayıb.
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik ünvanlayıb.
Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı ilə bağlı Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb. Primeinfo.az Oxu.Az–a istinadən xəbər verir ki, məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib. Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb.
Nəqliyyat infrastrukturunun turizmin inkişafına töhfəsinin artırılması çərçivəsində hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinin daha münasib olması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb. Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi və uçuş tezliyinin (intensivliyinin) artırılması nəzərdə tutulur.
Azərbaycanda regionlara turist axınının stimullaşdırılması məqsədilə əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, həmçinin turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb. Tədbirlər Planına əsasən, regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının, o cümlədən keyfiyyətli avtomobil, avtobus və dəmir yolu əlaqəsinin artırılması qarşıya qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya …
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəyə gətirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyə və Azərbaycan polisinin əməkdaşlığı çərçivəsində keçirilən birgə əməliyyat nəticəsində müəssisələrə atəş açmaqda və iş adamlarından hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Ö.A.K.-nın yeri müəyyən edilib.
Qazaxıstanda “Molla Nəsrəddin – çətin günlərin dostu” filminin çəkilişlərinin yekun mərhələsinə start verilib. Layihə altı türk ölkəsinin kinematoqrafçılarını bir araya gətirib. Primeinfo.az Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir ki, bundan əvvəl çəkiliş qrupu Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Özbəkistanda işləyib.
15 Avqust – Azərbaycan manatının yaranması günüdür.
Avqustun 10-da Vaşinqtonda 2025-ci ildə keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci ildönümü ilə əlaqədar Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin iştirakı ilə görüş keçirilib.
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. Primeinfo.az xəbər verir ki, 15 vaqondan ibarət, çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət 700 ton daş kömür bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.