Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Azərbaycanda bu il hasil olunan qaz kondensatının HƏCMİ

Azərbaycanda bu il hasil olunan qaz kondensatının HƏCMİ

Bu ilin birinci yarısında Azərbaycanda 2 259,94 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,1% azdır. Dövlət Statistika Komitəsindən Primeinfo.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 253,07 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 9,2% azalma deməkdir. Xatırladaq ki, ötən il Azərbaycanda 4 911,88 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 7,1% azdır.

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

İlin əvvəlindən ölkə əhalisinin sayı 9287 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10271638 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən Primeinfo.az-a verilən məlumata görə, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Nazir: "Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır"

Nazir: "Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır"

Rusiya və Ukrayna arasında davam edən silahlı münaqişə ilə bağlı dərin narahatlığımızı ifadə etdik. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu münaqişə daha geniş regionda sabitliyə ciddi mənfi təsir göstərməkdə davam edir: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ardıcıl şəkildə təsdiqləyir, gərginliyin azaldılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırır”.

Azərbaycan “Metrik Konvensiya”ya QOŞULUB

Azərbaycan “Metrik Konvensiya”ya QOŞULUB

Azərbaycan “Metrik Konvensiya”ya qoşulub. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu təsdiqləyib. Beləliklə, Azərbaycan Respublikası 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulub.

Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb

Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.