Xəbər axtarın

Son axtarış nəticələri:

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

05.07.2026 19:45

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.

Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Zimbabve parlament nümayəndə heyətini Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Yakob Mudendanın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Paylaş: