Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana dəvət edib

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət edib. Primeinfo.az məlumatına görə, bu barədə Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı təbrikində deyilir. “Hörmətli İlham Heydər oğlu, sizi dost və qardaş kimi gələn il Türkmənistanda baş tutacaq Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə gözləyirik”, – təbrikdə deyilir.

Azərbaycan və Belarus XTQ-ləri görüşüb - FOTO

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində hər iki ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölkəmizə səfər çərçivəsində qonaqlar XTQ-nin N hərbi hissəsini ziyarət ediblər.

Azərbaycanda “Whatsapp” istifadəçilərinə - XƏBƏRDARLIQ

  Son günlər “Whatsapp” vasitəsilə istifadəçilərin hesablarına icazəsiz giriş cəhdləri sürətlə artıb. Primeinfo.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində qeyd olunub. Bildirilib ki, şübhəli keçidlərə daxil olmaq, tanımadığınız şəxslərdən gələn linklərə klikləmək və təsdiqləmə kodlarını paylaşmaq böyük risk yaradır: “Heç bir halda SMS və ya Vatsap təsdiqləmə kodlarınızı başqaları ilə bölüşməyin!”

İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gəlib.