Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri yaxın zamanlarda kifayət qədər də effektiv işləyə biləcək süni intellekt həlli təqdim edib. Primeinfo.az xəbər verir ki, bunu nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib. Onun sözlərinə görə, qanunvericilik sahəsi, o cümlədən hüquq sahəsi kifayət qədər böyük məlumatlar toplusudur: “Hazırda qanunvericilik bazasına əsaslı süni intellekt dəstəkli axtarış sisteminin 30 minə yaxın istifadəçisi var.
Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb.
Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib. Cövdət Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömər Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilin sonuna Azərbaycanın ÜDM artımını 1,8% səviyyəsində proqnozlaşdırıb.
Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır. Primeinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O xatırladıb ki, dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyası sülhə xidmətdir.
Azərbaycanın Çexiyadakı səfirliyi Karlovı Varıdakı fəxri konsulla birlikdə kurort şəhərində yaşayan həmvətənlərimizlə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə səfirlik “X”dəki rəsmi səhifəsində məlumat yayıb. Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər, eləcə də onların üzləşdiyi problemlər müzakirə olunub.
Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.
“Müdafiə Britaniya-Azərbaycan Strateji Tərəfdaşlığının əsas sütunudur”.
Dekabrın 4-də Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçiriləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Azərbaycan tərəfindən komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraq tərəfindən isə rabitə naziri Xəyyam Əl-Yəsridir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Macarıstan Respublikası Müdafiə Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildriilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibb xidmətləri barədə brifinq təqdim olunub.