Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Bu il Azərbaycana təxminən 1 milyon smartfon gətirilib

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 299 milyon 861 min ABŞ dolları dəyərində 951 min 461 ədəd smartfon idxal edilib. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 8.2% və ya 85.4 min ədəd azalıb, dəyər baxımından isə 3.7% və ya 10.6 milyon ABŞ dolları artıb. Belə ki, 2024-cü ilin ilk 9 ayı ərzində ölkəyə 289 milyon 239.7 min dollar dəyərində 1 milyon 36 min 868 ədəd smartfon gətirilib.

Bakıda yaşlı əhali sürətlə artır – 10 ildə 8 faizlik yüksəliş

Azərbaycanda yaşlı əhalinin sayı artmaqdadır. Primeinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “Bakı Şəhər Herontoloji Mərkəzi”nin direktoru vəzifəsini icra edən Nailə Əhmədova məlumat verib. Onun sözlərinə görə, son 10 ildə Bakı şəhərində yaşlıların sayı 8 faiz artıb: “2015-ci ildə Bakı şəhərində 60 və yuxarı yaşda əhalinin sayı 10 faiz idisə, hazırda bu rəqəm 18 faizə qədər qalxıb.

Güləşçilərimiz Rusiyada 6 medal qazanıblar

Azərbaycan güləşçiləri Rusiyada keçirilən 2 ənənəvi yarışda 6 medal qazanıblar. Primeinfo.az xəbər verir ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turnirində təmsilçimiz Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb. Onun yeni çəkidəki debütü uğurlu alınıb və bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Səfir: "Rumıniyada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq"

Konstansada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq. Primeinfo.az xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Bakıda Rumıniyanın milli bayramı münasibətilə bağlı qəbulda deyib. “34 il ərzində Rumıniya–Azərbaycan əməkdaşlığı bir çox sahələrdə, o cümlədən siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil sahələrində, həm də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib.

Bakıda Rumıniyanın Milli Günü -  FOTO

Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 107 illiyi ilə bağlı rəsmi qəbul keçirilir. Primeinfo.az xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Qəbulda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Milli Məclisin üzvləri, ictima-siyasi xadimlər iştirak edirlər.

Təyyarə ilə Bakıya milyonluq qızıl-brilyant keçirmək istədilər – FOTO

İstanbuldan Bakıya külli miqdarda qızıl məmulatlarının qanunsuz yollarla keçirilməsi cəhdinin qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının “Terminal 1”- gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Azərbaycan və Türkiyə diaspor sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycanla Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Komitədən bildirilib. Məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi vəzifəsini müvəqqəti icra edən Abdulhadi Turusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Misir Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərə bilər - FOTO

  Misir tərəfindən Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərilməsi imkanları müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasındakı görüşdə müzakirə aparılıb. Görüşdə Agentliyin qarşısında duran vəzifə və hədəflər, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənmə miqyası, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair görülən işlər barədə səfirə ətraflı məlumat verilib.