Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Baş prokurorluq

Prokurorluqdan Ceyhun Salmanovla bağlı RƏSMİ AÇIQLAMA

“Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Primeinfo.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, ilkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Təbii qazdan istifadə ilə bağlı əhaliyə MÜRACİƏT

Təbii qaz məişətdə rahatlığı təmin etsə də, düzgün istifadə olunmadıqda partlayış, yanğın və zəhərlənmə riskini artırır. Baş Prokurorluğun mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, həmin halların qarşısının alınması hər bir vətəndaşın məsuliyyətidir. Təhlükəsizlik üçün bu qaydalara ciddi əməl etmək tövsiyə olunur: – Mənzilə daxil olarkən qaz sızmasının olub-olmadığını dəqiqləşdirilmədən açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin.

Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub. İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.

Azərbaycanda tanınmış iş adamı həbs edildi

Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub. Primeinfo.az Report-a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən “Azəri koperrasiyyası” MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib. Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.

6 nəfər prokurorluq orqanlarından xaric edilib

Ötən il xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib. Bildirilib ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Son beş ildə mina partlayışlarında 71 nəfər həlak olub

Ötən il Azərbaycanda mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Primeinfo.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib. Baş prokuror bildirib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub: “Onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb”.

Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirilib - FOTO

Baş Prokurorluqda 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, 2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.