Sentyabr 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndinin 11 sakininin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Primeinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.
Baş prokuror Kamran Əliyev ilə Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov arasında Moskvada görüş keçirilib. Bu barədə Primeinfo.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin mühüm rolu qeyd olunub.
Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər. Baş Prokurorluqdan Primeinfo.az-a verilən xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində 26-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadə iştirak ediblər. Tədbir çərçivəsində cinayətkarlığın yeni və inkişaf edən formalarına qarşı mübarizə, mütəşəkkil cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sistemlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib.
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd edilib. Belə ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb. Məlumata görə, 2019-cu ilin mart ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon polis şöbəsinə müraciət daxil olub.
19 yaşlı qızın partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Primeinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qazaxıstanlı həmkarının dəvəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərə gəlib. Bu barədə Primeinfo.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Qazaxıstan Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.
Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində sentyabrın 8-də iki şəxsin hündürlükdən yıxılaraq həlak olması ilə əlaqədar cinayət işi başladılıb və ibtidai istintaq aparılır.