Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Baş prokurorluq

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi rüşvətə görə HƏBS EDİLDİ - SON DƏQİQƏ

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi rüşvətə görə HƏBS EDİLDİ - SON DƏQİQƏ

Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib

Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib

Aprelin 23-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda cari ildə görülmüş işlərə və qarşıda duran aktual məsələlərə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Primeinfo.az Baş Prokurorluğa istinadən xəbər verir ki, iclasda prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb. Daha sonra Kollegiya iclasının gündəliyinə uyğun olaraq bir sıra aktual məsələlər müzakirə olunub.

Baş prokurorun aylıq vəzifə maaşı 3260 manatdan 13750 manata qaldırılır

Baş prokurorun aylıq vəzifə maaşı 3260 manatdan 13750 manata qaldırılır

Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manatdan 13750 manata qaldırılır. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat müəyyən edilib.

Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana gətirildi

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Primeinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir: “Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.