Xəbər axtarın

Son axtarış nəticələri:

Zibil poliqonunda ÖLÜ DÖL tapıldı: Prokurorluq araşdırır

20.08.2026 12:18

Zibil poliqonunda ÖLÜ DÖL tapıldı: Prokurorluq araşdırır

Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü döl aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Primeinfo.az-a daxil olan məlumata görə, faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər də icra edilib.

Paylaş: