Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib. Primeinfo.az xəbər verir ki, o bunu Davosda Prezident İlham Əliyevlə görüşü zamanı dilə gətirib.
İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
Çexiyanın şimalındakı Xribska şəhərində bələdiyyə binasında baş verən atışma nəticəsində bir nəfər həlak olub, şəhər meri də daxil olmaqla altı nəfər yaralanıb. Primeifo.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə bu gün Praqadan təxminən 110 kilometr şimalda yerləşən kiçik Xribska şəhərində qeydə alınıb. Hücum edən şəxs bələdiyyə binasına daxil olaraq atəş açmağa başlayıb, nəticədə bələdiyyənin bir əməkdaşı həlak olub.
Prezident tərəfindən 15 dekabrda təsdiqlənən Çexiya hökuməti çərşənbə axşamı keçirilən iclasda Avropa İttifaqının miqrasiya paktını rədd edib. Primeinfo.az xəbər verir ki, bu məlumatı ölkənin baş naziri Andrey Babişə istinadən Çexiya Xəbər Agentliyi (ÇXA) yayıb. “Bugünkü iclasda hökumət Aİ-nin miqrasiya paktını rədd edib”, – baş nazirin sözləri belə çatdırılıb.
Çexiya Prezidenti Petr Pavel dekabrın 15-də Andrey Babişin rəhbərliyi ilə yeni koalisiya hökumətinin tərkibini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Kabinetə 200 yerlik parlamentdə 108 yer qazanmış “Narazı vətəndaşların aksiyası” (ANO), “Azadlıq və birbaşa demokratiya” (SPD) və “Birləşmiş avtomobilçilər” partiyalarının 14 nazir – nümayəndəsi daxil olub.
Azərbaycanın Çexiyadakı səfirliyi Karlovı Varıdakı fəxri konsulla birlikdə kurort şəhərində yaşayan həmvətənlərimizlə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə səfirlik “X”dəki rəsmi səhifəsində məlumat yayıb. Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər, eləcə də onların üzləşdiyi problemlər müzakirə olunub.
Çexiyanın Baş naziri Petr Fialanın rəhbərlik etdiyi hökumət istefa verib. Primeinfo.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəhbəri bildirib və onun sözlərini ČTK agentliyi yayıb. Daha əvvəl ölkə Prezidenti Petr Pavel müxalifətdəki sağçı ANO partiyasının lideri Andrey Babişə yeni hökumətin formalaşdırılmasını tapşırıb.
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb. Boks Federasiyasından Primeinfo.az-a verilən məlumata görə, 50 kiloqram çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb.