Operativ nəqliyyat vasitələrinin arxasınca qəsdən hərəkət etmək qanun pozuntusu olmaqla yanaşı, qəzalara da səbəb olur. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib. Qeyd olunub ki, nəqliyyat sıxlığı zamanı bəzi sürücülər bu vasitələrin arxasında yaranan boşluqlardan istifadə edərək sürət həddini aşır, ara məsafəsini pozur və manevr qaydalarını gözləmirlər.
Sentyabrın 26-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
DİN tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Primeinfo.az xəbər verir ki, yeni tətbiq edilən “push” bildirişləri sayəsində E-polis istifadəçiləri artıq proqrama daxil olmadıqda belə sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında xəbərdar olunacaqlar. Bu bildirişlər şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texniki baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil olunur.
Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
Bakı şəhəri Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyində (DİN) sentyabrın 22-də Azərbaycanda keçiriləcək III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. Müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür. Bununla bağlı Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Daxili İşlər Nazirliyi (DİN) “Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar vətəndaşlara müraciət edib. DİN-dən Primeinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: ““Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik”.