Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO

Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.

6 avtomat silahı, 4 tüfəng aşkarlandı - DİN

6 avtomat silahı, 4 tüfəng aşkarlandı - DİN

Azərbaycanda martın 25-də Bakı və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 tüfəng aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bunlarla yanaşı,1 patron darağı və 1080 ədəd müxtəlif çaplı patron da aşkar edilib.

Axtarışda olan 45 nəfər saxlanılıb

Axtarışda olan 45 nəfər saxlanılıb

Martın 25-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Buzovnada qaya daşlarını zədələyən şəxs həbs edildi: cinayət işi AÇILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs həbs edildi: cinayət işi AÇILDI

Xəzər rayonunun Buzovna qəsəbəsində qaya daşlarını zədələyən şəxs saxlanılıb, cinayət işi başlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb.

Qanunsuz saxlanılan 2 avtomat, 20 tüfəng aşkarlandı

Qanunsuz saxlanılan 2 avtomat, 20 tüfəng aşkarlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli olan 24 nəfər saxlanıldı - DİN

Cinayət törətməkdə şübhəli olan 24 nəfər saxlanıldı - DİN

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 22-də ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Primeinfo.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bankların adından istifadə edən daha bir haker şəbəkəsi aşkarlanıb - VİDEO

Bankların adından istifadə edən daha bir haker şəbəkəsi aşkarlanıb - VİDEO

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu ilə kiberdələduzluq edən daha bir haker şəbəkəsi ifşa olunub. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı Qurbanşir Qasımov, qardaşı 20 yaşlı Ülkan Qasımov və 25 yaşlı Uğur Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Sumqayıtda 34 kq narkotik aşkarlanıb - VİDEO

Sumqayıtda 34 kq narkotik aşkarlanıb - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev və tanışı, 38 yaşlı Fuad Qurbanovdan 1 kiloqram 500 qram heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan, əvvəllər məhkum olunmuş 44 yaşlı Kamal Xudioğlundan isə 9 kiloqram 130 qram marixuana, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və 1 kiloqramdan artıq tiryək aşkarlanıb.

Buzovnada gizlədilən silah TAPILIB

Buzovnada gizlədilən silah TAPILIB

Buzovna qəsəbəsində gizlədilən silah aşkar edilərək götürülüb. Primeinfo.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirilib.