Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

DİN: 7738 cinayət qeydə alınıb, 85,9 faizi açılıb

DİN: 7738 cinayət qeydə alınıb, 85,9 faizi açılıb

Cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7738 cinayətin 85,9 faizinin açılması təmin olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib. Məlumata görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb.

Avtoyuma məntəqəsindən qaçırdığı "Range Rover"lə QƏZA ETDİ

Avtoyuma məntəqəsindən qaçırdığı "Range Rover"lə QƏZA ETDİ

  Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb. Primeinfo.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb. Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Aprelin 17-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib.

Narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib - DİN

Narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib - DİN

Aprelin 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 95, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib.

Evdən 15 000 manat oğurlayanlar TUTULDULAR

Evdən 15 000 manat oğurlayanlar TUTULDULAR

Şirvanda evdən 15000 manat oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar.

Qadınları Türkiyəyə aparıb fahişəliyə cəlb edənlər həbs edildi - VİDEO

Qadınları Türkiyəyə aparıb fahişəliyə cəlb edənlər həbs edildi - VİDEO

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər. Primeinfo.az xəbər verir ki, E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb.

Dələduzluq edən SMM saxlanıldı

Dələduzluq edən SMM saxlanıldı

Nəsimi rayonunda özünü sosial media meneceri (SMM) kimi təqdim edərək dələduzluq edən 22 yaşlı E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən Primeinfo.az-a verilən məlumata görə, o, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.

Qaradağda 42 kq narkotik dövriyyədən çıxarılıb - FOTO - VİDEO

Qaradağda 42 kq narkotik dövriyyədən çıxarılıb - FOTO - VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar. DİN-dən Primeinfo.az-a verilən məlumata görə, onlardan 42 kiloqram 235 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Nəsimidə 72 kiloqramdan artıq narkotik aşkarlandı -  VİDEO

Nəsimidə 72 kiloqramdan artıq narkotik aşkarlandı -  VİDEO

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Qanunsuz saxlanılan 4 avtomat, 1 pulemyot tapılıb - DİN

Qanunsuz saxlanılan 4 avtomat, 1 pulemyot tapılıb - DİN

Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot tapılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən gün qanunsuz saxlanılan 3 qumbara, 12 tüfəng, 11 patron darağı və 459 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.