Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Məktəbdə nəm salfetdən yaranan allergik hala görə DİN-dən AÇIQLAMA

Məktəbdə nəm salfetdən yaranan allergik hala görə DİN-dən AÇIQLAMA

Xətai rayonunda yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. 

Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxs saxlanılıb - FOTO

Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxs saxlanılıb - FOTO

Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə DİN-in mətbuat xidmətindən Primeinfo.az-a bildirilib. Məlumata görə, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Bərdədə narkotik əməliyyatı: 2 nəfər SAXLANILDI - VİDEO

Bərdədə narkotik əməliyyatı: 2 nəfər SAXLANILDI - VİDEO

Bərdədə 8 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar.

Abşeronda narkotik əməliyyatları: Saxlanılanlar arasında qadınlar da var - VİDEO

Abşeronda narkotik əməliyyatları: Saxlanılanlar arasında qadınlar da var - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Aprelin 28-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Beynəlxalq axtarışda olan şəxslər saxlanılıb

Beynəlxalq axtarışda olan şəxslər saxlanılıb

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.

Bank kartlarından oğurluq edənlər saxlanıldı

Bank kartlarından oğurluq edənlər saxlanıldı

Paytaxt ərazisində iki nəfərin bank kartından oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1150 manat ziyan vurulub. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı T.Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Novruzov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar aparılır.

DİN: Bu reklamlara qarşı diqqətli olun - VİDEO

DİN: Bu reklamlara qarşı diqqətli olun - VİDEO

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Qeyd olunub ki, sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür: “İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür.

Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb. Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.