Xəbər axtarın

Son axtarış nəticələri:

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanıldı - DİN

08.07.2026 11:47

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanıldı - DİN

İyulun 7-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 56, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 18 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 34 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 26,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 9 ton çəkidə 36 min 177 ədəd xaş-xaş və çətənə kolları isə aşkarlanaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 3 tapança, 4 qumbara, 38 tüfəng, 14 patron darağı və 149 ədəd müxtəlifçaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər də saxlanılıb.

Paylaş: