Xəbər axtarın

Son axtarış nəticələri:

DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib - FOTO

02.06.2026 12:44

DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib - FOTO

Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.

Qeyd olunub ki, bu təmasların praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.

DİN-in fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib - FOTO DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib - FOTO

Paylaş: