Tramp: "İranla danışıqlar aparmaq üçün çox gecdir"
İranla danışıqlar aparmaq üçün çox gecdir
İranla danışıqlar aparmaq üçün çox gecdir
“Ayətullahları oradakı insanların əli ilə öldürəcəklər. Amerika öz silahının qədrini bilən dövlətdir. ABŞ hansısa mənasız ayətullah üçün on milyonlarla dollarlıq raket atmaz”.
Prezident Donald Tramp ABŞ-nin silah ehtiyatlarının yüksək səviyyədə olduğunu və hərbi əməliyyatları əbədi, üstəlik, çox uğurlu şəkildə aparmağa imkan verdiyini bəyan edib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, o bunu “Truth Social”da yazıb. “Birləşmiş Ştatların orta və yuxarı orta səviyyələrdəki silah ehtiyatları heç vaxt bu qədər yüksək və yaxşı olmayıb.
ABŞ Prezidenti Donald Tramp İranın qisas almağa cəhd edəcəyi təqdirdə daha güclü zərbə ilə üzləşəcəyini bildirib.
Donald Tramp ilə Benyamin Netanyahu arasında telefon əlaqəsi baş tutub. Primeinfo.az xəbər verir ki, məlumatı İsrailin Channel 12 telekanalı yayıb. Bildirilib ki, liderlər bölgədəki son proseslər və təhlükəsizlik məsələləri barədə müzakirə aparıblar.
ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə süni intellekt şirkəti “Anthropic” arasında yaranan mübahisələrdən sonra bütün federal agentliklərə həmin şirkətin texnologiyasından istifadənin dərhal dayandırılması barədə göstəriş verib. Primeinfo.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada “Anthropic” şirkətini sərt tənqid edib. O bildirib ki, ABŞ “radikal solçu və hiyləgər” adlandırdığı bir şirkətin orduya müharibələrdə necə qalib gəlməyi diktə etməsinə icazə verməyəcək.
ABŞ Prezidenti Donald Trampın yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilir.
Səudiyyə Ərəbistanı ABŞ-e ilə birgə İrana qarşı müharibəyə qoşulmağa hazır olduğunu bildirdi.
ABŞ Prezidenti Donald Tramp iranlı hərbçiləri silahı yerə qoymağa çağırıb.
ABŞ Məxfi Xidməti silahlı şəxsin ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına girməsinin qarşısını alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Gizli Xidmətin rəhbəri Entoni Quqlielmi sosial şəbəkədəki səhifəsində məlumat verib. “Bu səhər tezdən təhlükəsiz Mar-a-Laqo kompleksinə qanunsuz daxil olan silahlı şəxs ABŞ Gizli Xidmətinin agentləri və polisi tərəfindən zərərsizləşdirildi”, – o qeyd edib.