“Heç kimə sirr deyil ki, Azərbaycan son 30 ildə normal parlament seçkiləri keçirə bilməyib”. Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib. O bunu Rusiyanın uzun illər Azərbaycanda agent fəaliyyəti ilə məşğul olan “5-ci kolon”u ilə əlaqələndirib: “Azərbaycanda bəzi məmurları vəzifəyə Rusiya gətirir və onlar da Rusiyaya xidmət edirlər.
“Amerika mümkün olan hər şeyi edir ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırsın. Amma anlaşılan odur ki, Putin hələ dayanmaq fikrində deyil”. Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Bu şəbəkə hər yerdə var – dövlətin içində, mətbuatda, parlamentdə. Onlar dövlətin içində dövlətdirlər. Dövləti zorla devirmək ittihamı tamamilə doğrudur, şər-böhtan deyil. Dövlət bu qədər ciddi ittihamla Ramiz Mehdiyevə qarşı gedirsə, demək, gerçəkdən nəsə var”.
“Azərbaycan-Türkiyə münasibətləri, ümumiyyətlə türk ölkələrinin birliyi, bu birliyin dərinləşməsi, gələcəkdə bir araya gəlməsi regionda və bütövlükdə yeni dünya düzəninin formalaşmasında xeyli planları pozur”.
“Bu gün İranı sıradan çıxarsalar, növbəti hədəf Türkiyə olacaq”. Bunu Prime Tv-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində siyasi şərhçi Əli Mustafa bildirib. O, İranın qonşu ölkələrlə, eləcə də Azərbaycanla münasibətlərini şərh edib.