İran təslim olmur - SON DƏQİQƏ! - VİDEO
“ABŞ güclü tərəfdir, İran isə daha çox zərbəyə məruz qalır. Lakin bütün bunlara baxmayaraq, İran yenə də təslim olmur, hər hansı formada dirəniş göstərir”…
“ABŞ güclü tərəfdir, İran isə daha çox zərbəyə məruz qalır. Lakin bütün bunlara baxmayaraq, İran yenə də təslim olmur, hər hansı formada dirəniş göstərir”…
“İndiki məqamda türk dünyasının bir yerdə olması olduqca önəmlidir. Biz Türkiyə və digər türk dövlətləri ilə daim bir mövqedə olmalıyıq. Baş verən hadisələr bizi parçalamamalıdır. Yəni, nə olursa-olsun, türk dünyasının baş verənlərə mövqeyi eyni olmalıdır”.
“Çalışacaqlar ki, region dövlətlərini, o cümlədən Türkiyəni, Azərbaycanı da savaşa qatsınlar. Lakin düşünürəm ki, ən doğrusu indiki məqamda bu savaşa qarışmamaq və tərəf olmamaqdır. Hər halda biz paralel olaraq türk dövlətlərinin güclənməsinə nail olmalıyıq”.
“İran hakimiyyətinin içində olan SEPAH-ın arxasında İsrailə, Amerikaya, Çinə bağlı güclər var”. Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi, hüquqşünas Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib. O qeyd edib ki, həmin güclər Azərbaycan və Türkiyənin də İrana qarşı savaşa girməsində maraqlıdırlar: “Tramp hətta kürdləri, PKK-nı də gətirib savaşa salmaq istəyir.
“O gün Türkiyə mediasında bir admiral danışır. Deyir ki, “Azərbaycan, sən belə davam etsən, kürd, “PEJAK” və digər dəstələr sənin də ərazinə gələcək, petrol bölgələrinin hamısını nəzarətə keçirəcək”.
“Güney Azərbaycan türklərinin bu məsələyə əsasən iki baxışı var. Bir hissə hesab edir ki, Güney Azərbaycan ayrılıb Quzey Azərbaycanla birləşməlidir və bütöv Azərbaycan olmalıdır. Yaxud birləşməsə belə, orada Güney Azərbaycan türk cümhuriyyəti qurulmalıdır və biz tədricən birləşmə mexanizmləri üzərində düşünməliyik”.
“ABŞ və İran arasında başlayan savaş hələ uzun zaman davam edəcək – aylarla, hətta illərlə gedə bilər”.
“İndi artıq vəziyyət dəyişib və fürsət yaranıb. Hazırda İran öz hayındadır, bu gün Rusiya Ukrayna cəbhəsində bilmir ki, nə etsin. Bu fürsətdən istifadə edərək biz ölkənin içini təmizləməliyik”.
“Bu gün Polşanın, Baltikyanı ölkələrin, Macarıstanın elə strateji dərinliyi yoxdur ki, 1 milyonluq rus ordusu ilə savaşa bilsin. Amerikalılar belə hesab edirdi ki, ruslar çox asanlıqla Kiyevi işğal edəcək”.
“Ukraynanın rəsmi mövqeyi budur ki, Rusiyaya heç bir ərazi verilməyəcək. Yəni, Ukrayna tərəfi güzəştə getməyəcək. Bəzi ekspertlər hesab edir ki, gedən danışıqlarda Ukrayna nümayəndə heyətinin arasında da fikir ayrılıqları var”.