İran xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb. Tərəflər Yaxın Şərq regionunda və dünyada baş verən son hadisələri müzakirə ediblər.
İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir arasında telefon danışığı olub. Primeinfo.az “Fars” agentliyinə istinadən xəbər verir ki, tərəflər İran Prezidenti və Pakistan Baş naziri arasında baş tutan söhbətdə müzakirə olunmuş mövzuların izlənilməsi və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, İsrailin İranda və Livanda atəşkəsi pozması da müzakirə olunan məsələlər arasında olub.
Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, telefon danışığı zamanı ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşması müzakirə olunub. Hakan Fidan Türkiyənin müvəqqəti atəşkəsdən məmnunluğunu ifadə edib və davamlı sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb.
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, tərəflər regionda baş verən münaqişə, bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətində atdığı addımlar və BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı aparılan müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
İran atəşkəs üçün heç bir müraciət etməyib. Primeinfo.az ISNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Əraqçi İranın heç bir halda ABŞ-la İsrailə atəşkəs üçün müraciət etmədiyini bildirib.
“Hazırda müharibənin dayandırılması ilə bağlı konkret təşəbbüs irəli sürülməyib”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb. Primeinfo.az xəbər verir ki, telefon danışığı zamanı Hakan Fidan Əraqçiyə Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib. Əraqçi Türkiyə hava məkanına yönəlmiş raketlərin İrana məxsus olmadığını və bu məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını qeyd edib.
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi İranın ABŞ və İsraillə genişmiqyaslı müharibə şəraitində olduğunu deyib. O bildirib ki, İran hücuma cavab olaraq İsraili və bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb və lazım olduğu müddətdə özünü müdafiə etməyə hazırdır.
İran həm dinc, həm də hərbi ssenariyə tam hazırdır, lakin Tehranın məqsədi münaqişənin qarşısını almaqdır. Primeinfo.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu Cenevrədə ABŞ ilə danışıqlardan öncə “India Today” telekanalına müsahibəsində deyib. Nazir qeyd edib ki, Silahlı Qüvvələr verilən tapşırıqları yerinə yetirməyə hazırdır və İran özünü effektiv şəkildə müdafiə etməyə qadirdir.
İranın xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Qrossi “X” hesabında məlumat yayıb. “Sabah Cenevrədə keçiriləcək mühüm danışıqlara hazırlıq olaraq, elə indicə İranın xarici işlər naziri ilə dərin bir texniki müzakirələri sonlandırdıq”,- AEBA direktoru bildirib.