Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Əraqçı

Lavrov və Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə hər iki nazir danışıqlarının yekunları ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildiriblər. Lavrov iranlı həmkarı ilə görüşdə ikitərəfli münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, o cümlədən regional məsələləri, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər regionundakı vəziyyəti müzakirə etdiklərini söyləyib.

Lavrov və Əraqçi regional məsələləri müzakirə edib

Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi arasında görüş keçirilir. Primeinfo.az xəbər verir ki, Rusiya XİN-nin Qəbullar Evində keçirilən görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, Yaxın Şərqi və regional gündəlikdə duran məsələləri müzakirə edirlər.

İran XİN başçısı sabah Fransaya səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 26-da ikitərəfli danışıqlar aparmaq üçün Fransaya səfər edəcək. Bu barədə Primeinfo.az İran KİV-inə istinadən xəbər verir. Bildirilir ki, nazir sabah Parisdə fransalı həmkarı Jan-Noel Barro ilə danışıqlar aparacaq.

Lavrov və Əraqçı arasında telefon danışığı olub

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçı arasında telefon danışığı olub. Primeinfo.az Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Xarici işlər nazirləri Əfqanıstan-Pakistan gərginliyinin siyasi və diplomatik vasitələrlə həllinə kömək etmək daxil olmaqla, regional məsələlər üzrə fəal fikir mübadiləsini davam etdirdilər.