Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan F-16 qırıcı təyyarəsinin qəzaya uğramasından danışıb. Primeinfo.az xəbər verir ki, o, bu məsələyə partiyasının qrup iclasında toxunub. Türkiyə Prezidentinin sözlərinə görə, qəza nəticəsində bir nəfər şəhid olub.
“Bu gün dünyada Türkiyənin nə düşündüyü, nə etdiyi, yeni qlobal və regional proseslər fonunda harada dayandığı və hansı addımları atacağı ciddi maraq doğurur”. Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin beynəlxalq mövqeyi və təhlükəsizlik siyasəti ilə bağlı açıqlama verdiyi zaman deyib. Onun sözlərinə görə, Türkiyə beynəlxalq gündəmin əsas aktorlarından birinə çevrilib.
İranı hədəf alan yeni bir müharibə heç kimə qazanc gətirməz, əksinə, bölgə uduzar. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Türkiyə divar hörən, qarşıdurmanı alovlandıran deyil, körpü quran və sülh üçün zəmin yaradan ölkə mövqeyindədir”, – o vurğulayıb.
İsrailin Somaliləndi tanıması yeni münaqişələrə səbəb ola bilər. Primeinfo.az xəbər verir ki, bunu Efiopiyada rəsmi səfərdə olan Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Efiopiya Baş naziri Abiy Ahmed ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, Afrika Buynuzu xarici güclərin mübarizə meydanı olmamalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçlə birgə keçirilən mətbuat konfransında bildirib. Ərdoğan qeyd edib ki, Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti ilə may və iyun ayları ərzində geniş heyətlə Belqrad və Novi Pazara səfər etməyi planlaşdırırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Böyük Millət Məclisində CHP-li deputatların da iştirakı ilə davaya münasibət bildirib.
Türkiyədə rəsmi səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğanla Kipr məsələsini müzakirə etdiyini bildirib. Primeinfo.az-ın məlumatına görə, Mitsotakis bunu rəsmi görüşdən sonra keçirilən mətbuat konfransında açıqlayıb. Yunanıstanın Baş naziri Türkiyə ilə dialoqun aktiv saxlanılmasının və bir sıra məsələlərin müzakirəsinin vacibliyini vurğulayaraq görüşü mühüm fürsət kimi qiymətləndirib.
Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir. Primeinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkəni dərindən sarsıdan zəlzələdən üç il ötməsi ilə əlaqədar ünvanladığı məktubda yer alıb.
Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.