Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: erdoğan

Ərdoğan Barzaniyə edilən hücumla bağlı narahatlığını ifadə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Barzani ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, telefon danışığı zamanı regiondakı münaqişə prosesi və son hadisələr müzakirə olunub. Ərdoğan Neçirvan Barzaniyə iqamətgahına edilən hücumla bağlı narahatlığını ifadə edib.

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən faciəvi helikopter qəzası ilə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib. “Qətərdə baş verən helikopter qəzasında Türkiyə Silahlı Qüvvələrimizin mənsubu, ASELSAN heyətimiz və Qətər Silahlı Qüvvələri üzvlərinin şəhid olması xəbərini böyük kədərlə öyrəndim.

Ərdoğan: "Regionumuzda son illərin ən ciddi böhranı yaşanır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ–İsrail–İran müharibəsini son illərin ən ciddi böhranı adlandırıb. Primeinfo.az xəbər verir ki, Türkiyə lideri ölkəsini bu müharibədən kənarda saxlamağa çalışdığını və diplomatik təmasları davam etdirdiyinu vurğulayıb: “Ətrafımızda raketlər uçuşur, sərhədlərin o tayında müharibə davam edir, regionda son illərin ən ciddi böhranı yaşanır. Bizim gündəmimizdə ölkəmizi ətrafımızı bürüyən od halqasından uzaq tutmaq var.

Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreşə “Atatürk Beynəlxalq Sülh Mükafatı”nı təqdim edib. Primeinfo.az-ın məlumatına görə, Türkiyədə rəsmi səfərdə olan BMT Baş katibi Antonio Quterreş prezident Ərdoğanla təkbətək görüşüb. Mükafat ona görüşdən sonra keçirilən mərasimdə təqdim olunub.

Zelenski ilə Ərdoğan İrandakı vəziyyəti müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı vəziyyəti, eləcə də Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminə və enerji sektoruna dəstək məsələlərini müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında bildirib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran ətrafındakı vəziyyəti müzakirə etdik.