Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: erdoğan

Ərdoğan İrana xəbərdarlıq edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oxşar hadisələrin bir daha baş verməməsi üçün İrana xəbərdarlıq edildiyini bildirib.

Ərdoğan: "Biz qardaşlarımızın və qonşularımızın əmin-amanlığını pozan hadisələrdə bitərəf deyilik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda davam edən müharibə ilə bağlı danışarkən Türkiyənin mövqeyinin əsla bitərəf ola bilməyəcəyini bildirib. Primeinfo.az xəbər verir ki, Ərdoğan qlobal ədalətsizliyin hökm sürdüyü bir dövrdə Türkiyənin sülh və əmin-amanlıq tərəfdarı olduğunu vurğulayıb: “Biz qardaşlarımızın və qonşularımızın əmin-amanlığını pozan hadisələrdə bitərəf deyilik. Bütün dünyanın gələcəyini təhdid edən məsələlərdə də bitərəf deyilik.

Ərdoğan: "Sülh yönümlü diplomatiyamız davam edir"

ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq dördüncü gününə qədəm qoyub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, İranda 700-dən çox, İsraildə isə ən azı 9 nəfər ölüb, həlak olan amerikalı əsgərlərin sayı isə 6-ya çatıb.

Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Primeinfo.az-ın xəbərinə görə, Ərdoğan Türkiyənin bölgədəki münaqişəli prosesləri həssaslıqla izlədiyini, davamlı və dayanıqlı sülhün təmin olunması üçün diplomatiyaya geniş imkan yaradılmasının vacibliyini bildirib.

Ərdoğan: “Dünyada Türkiyə küləyi əsir”

“Bu gün dünyada Türkiyənin nə düşündüyü, nə etdiyi, yeni qlobal və regional proseslər fonunda harada dayandığı və hansı addımları atacağı ciddi maraq doğurur”. Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin beynəlxalq mövqeyi və təhlükəsizlik siyasəti ilə bağlı açıqlama verdiyi zaman deyib. Onun sözlərinə görə, Türkiyə beynəlxalq gündəmin əsas aktorlarından birinə çevrilib.

"İrana qarşı hərbi müdaxilə bölgəni qeyri-müəyyənliyə sürükləyər" - Ərdoğan

İranı hədəf alan yeni bir müharibə heç kimə qazanc gətirməz, əksinə, bölgə uduzar. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Türkiyə divar hörən, qarşıdurmanı alovlandıran deyil, körpü quran və sülh üçün zəmin yaradan ölkə mövqeyindədir”, – o vurğulayıb.

Ərdoğan: "Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq"

İsrailin Somaliləndi tanıması yeni münaqişələrə səbəb ola bilər. Primeinfo.az xəbər verir ki, bunu Efiopiyada rəsmi səfərdə olan Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Efiopiya Baş naziri Abiy Ahmed ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, Afrika Buynuzu xarici güclərin mübarizə meydanı olmamalıdır.

Ərdoğan Serbiyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçlə birgə keçirilən mətbuat konfransında bildirib. Ərdoğan qeyd edib ki, Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti ilə may və iyun ayları ərzində geniş heyətlə Belqrad və Novi Pazara səfər etməyi planlaşdırırlar.