Hakan Fidan: Ərdoğanın göstərişi ilə MİT hərəkətə keçdi - VİDEO
“Türkiyənin Fələstinlə bağlı həssaslığını bütün dünya bilir”.
“Türkiyənin Fələstinlə bağlı həssaslığını bütün dünya bilir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədələməkdə ittiham olunan jurnalist Fatih Altaylının ilk məhkəmə iclası keçirilib. Primeinfo.az-ın məlumatına görə, 104 gündür həbsdə olan jurnalistin bu gün məhkəməsi keçirilib və həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verilib. Növbəti prosesi noyabrın 26-na təxirə salıb.
Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasındakı Türkiyə vətəndaşlarına zərər dəyməməsi üçün tədbirlər görülür. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir.
Prezident Ərdoğanın yanında olmaq çox xoşdur. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Dövlət başçısının Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan barəsindəki müsbət mesajların yer aldığı kadrlar Ağ Evin “X” səhifəsində paylaşılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Ağ Evdə Amerika lideri ilə görüşdən sonra Vaşinqtondan qayıdan təyyarəsində jurnalistlərlə söhbəti zamanı Donald Trampla danışıqların “bir çox sahədə əhəmiyyətli irəliləyişlərə” səbəb olduğunu bildirib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında dərc olunan məlumatlarda bildirilib. “Vaşinqtondan məmnunluq hissi ilə ayrılırıq.
Mən HƏMAS-ı terror təşkilatı kimi görmürəm. Mən bunu müqavimət qrupu kimi görürəm.
Ankara sövdələşmələri oğlu ilə yox, ABŞ Prezidenti Donald Trampın özü ilə müzakirə edir. Primeinfo.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Qəzza zolağı ilə bağlı sövdələşmə ittihamlarının əsassız olduğunu bildirib.
BŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabrda Vaşinqtonda keçirəcəyi görüş ərəfəsində, “Boeing” şirkəti Türk Hava Yolları üçün 250 ədəd mülki təyyarə sifarişi üzrə danışıqları yekunlaşdırmaq üzrədir. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb. Məlumata görə, bu böyük sifariş ABŞ-Türkiyə münasibətlərində yeni bir səhifə açmaqla yanaşı, NATO üzvləri arasında uzun müddətdir davam edən F-35 mübahisəsinin həllinə də töhfə verə bilər.
Qətərin paytaxtı Dohada keçirilən sammitdə İran Prezidenti Məsud Pezeşkianla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi görüşü İranın bir neçə aparıcı media orqanının tənqidi ilə qarşılaşıb.